Novruzda əfv olacaq -Komissiya toplanır

alim
Əfv Məsələləri üzrə Komissiyanın növbəti toplantısı keçiriləcək.
Bu haqda  Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
 O qeyd edib ki, Komissiyanın katibliyinə ümumilikdə 811 müraciət daxil olub:
“Eyni zamanda, Komissiyaya hər gün yeni müraciətlər daxil olur. Amma iclaslarda ən az 3 ay əvvəl Komissiyanın katibliyinə daxil olan müraciətlərə baxılır. Çünki ayrı-ayrı qurumlardan müraciətlərin daxil olması, yerlərdə baxılması, araşdırılması kimi məsələlər uzun prosedurlardır. Yeni daxil olan müraciətlərə sonrakı əfv sərəncamları üçün keçiriləcək Komissiya iclaslarında baxılacaq”.
Ölkə başçısı tərəfindən imzalanması gözlənilən əfv sərəncamının çox məhkuma şamil olunacağına gəlincə, Ə.Nuriyev deyib ki, bu, Prezidentin səlahiyyətində olan məsələdir:
“Əfv sərəncamı imzalanacağı zaman siyahıda neçə nəfərin olduğunu biləcəyik”.
Qeyd edək ki, bu ilin Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.