Norveç Azərbaycanı dəstəkləyir

56

 

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Norveçin Azərbaycandakı səfiri Erling Skjonsberg və Norveçin “Norveç Humanitar Müəssisəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Con Yərtsen ilə görüşüb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib. Görüşdə Ə. Həsənov Azərbaycanla Norveç Krallığı arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Azərbaycan bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdirilməsində maraqlıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini bildirmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. E. Skjonsberg bildirib ki, Norveç Krallığı bir çox hallarda beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Azərbaycanın müstəqilliyinin bərpasından keçən qısa müddətdə dinamik inkişaf etdiyini deyən E. Skjonsberg vurğulamışdır ki, bu müddətdə ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqdır. – See more at: http://xeberdar.az/news/c:5945#sthash.954x6HFU.dpuf