Novruz Aslanov görüş keçirdi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovla, Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Jil Karboniye arasında görüş baş tutdu.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovla, Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Jil Karboniye arasında görüş baş tutduGörüşdə cənab Novruz Aslanov BQXK-nin vitse-prezidenti cənab Jil Karboniyeni Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi

Daima humanitar sahədə BQXK-nin Milli cəmiyyətlə sıx əmıkdaşlığndan söz açdı və bildirdi ki, mövcud durumda da, həm BQXK və AzQAC qarşılıqlı şəkildə bir çox humanitar əməliyyatlar həyata keçiriblər və bu əməkdaşlıq sıx şəkildə davam edir.Cənab Jil Karboniye də öz növbəsində Milli cəmiyyətin prezidenti cənab Novruz Aslanova görüşə görə minnətdarlığını bildirdi və qarşılıqlı işgüzar əməkdaşlığın davam etməsini müsbət qiymətləndirdi.

Eyni zamanda bu yaxınlarda 101 yaşını qeyd edən Milli cəmiyyəti Qızıl Aypara günü münasibətilə Milli Cəmiyyətin əməkdaşlarını təbrik edib və humanitar fəaliyyətlərdə uğurlar arzulayıb. Görüşdə gələcək əməkdaşlığın perspektivləri, humanitar sahədə qarşılıqlı münasibətlər müzakirə olunub. Sonda Novruz Aslanov cənab Jil Karboniye Qızıl Ayparanın Yubiley medalını və Humanitar diplomatiya adlı kitabını təqdim etdi.