Novruz Aslanov növbəti onlayn qəbul keçirib

Aprelin 22-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib.

XALQ.AZ xəbər verir ki, qəbul əsasən deputatın seçicilərə elan etdiyi telefon vasitəsilə baş tutub. Belə ki, rayon ərazisində ucqar dağ kəndlərində internet verilişinin məhdud olduğu nəzərə alınaraq, üstünlük mobil telefon əlaqəsinə verilib.

Telefon vasitəsilə deputat ilə əlaqə saxlayanlar öncə hər həftə onların üzləşdiyi problemlərlə maraqlanan N.Aslanova təşəkkürlərini bildiriblər. Bir çox məsələlər barədə müzakirələr aparılıb, əsasən sosial  və şəxsi məişət problemləri, işlə təminat və digər məsələlər barədə müraciətlər edilib. Hər bir müraciət qeydiyyata alınıb və həlli üçün lazımi addımların atılacağı sakinlərin diqqətinə çatdırılıb. Ehtiyacı olanlara müvafiq humanitar yardımlar edilib.