Novruz Aslanov qəbul keçirib

Millət vəkili Novruz Aslanov oktyabrın 3-də İsmayıllı rayonuna növbəti səfərini edib. Deputat İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla birgə rayon İcra Hakimiyyətinin binasında sakinləri qəbul edib.

XALQ.AZ xəbər verir ki, bir çox məsələlər ətrafında müzakirələr aparılıb. Rayon sakinləri onlara göstərilən diqqətə görə deputata və icra hakimiyyətinin başçısına təşəkkür ediblər. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Torpaq payları haqqında, təbii qazla təchizat, bəzi şəxsi məişət problemləri barədə mürəciətlər edilib. Millət vəkili Novruz Aslanov səlahiyyətlərinə aid olan bir neçə məsələyə münasibət bildirib və həllinə mümkün köməkliyin edəcəyini vurğulayıb. Sakinlərin müraciətlərinin həlli üçün qəbulda iştirak edən yerli qurumların nümayəndələrinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Məlumat üçün bildlrək ki, belə müştərək qəbullar İsmayıllı şəhəri ilə yanaşı, kəndlərdə də keçirilir.

 

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.