Novruz Aslanov qəbul keçirib

Milli Məclisin deputatı Novruz Aslanov noyabrın 22-də İsmayıllı rayonuna növbəti səfərini edib.

XALQ.AZ xəbər verir ki, millət vəkili İsmayıllı şəhərində yerləşən ofisində sakinləri qəbul ediblər. Gündəmdə olan məsələlər ətrafında müzakirələr aparılıb. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Torpaq, təbii qazla təchizat, bəzi şəxsi məişət problemləri barədə deputata mürəciətlər edilib. Millət vəkili Novruz Aslanov bir neçə məsələnin həllinə mümkün köməkliyin edəcəyini bildirib. Digər məsələlər barədə aidiyyəti strukturlara müvafiq müraciətin ediləcəyi vurğulanıb.

 

Orxan