Novruz Aslanov qəbul keçirib

Yanvarın 24-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.

XALQ.AZ xəbər verir kli, İsmayıllı şəhərində yerləşən ofisində sakinləri qəbul edən deputat qaldırılan məsələlər barədə seçiciləri ilə müzakirələr aparıb. Əsasən sosial məsələlər, bəzi şəxsi məişət problemləri barədə müraciətlər olub. Bir neçə məsələ yerindəcə həll olunub. Millət vəkili əlaqədar qurumlarla problemlər barədə müzakirələrin aparılacağını bildirib. Sakinlər də öz növbəsində onlarla tez-tez göruşə gəldiyinə görə deputata təşəkkürlərini bildiriblər.

 

Orxan