Novruz Aslanov seçiciləri qəbul edib

​Millət vəkili Novruz Aslanov ölkədə epidemioloji-sanitar vəziyyəti nəzərə alaraq, deputat seçildiyi İsmayıllı rayon sakinlərinin xüsusi rejimli karantin dövründə ehtiyaclarının qarşılanması məqsədilə münasib vaxtlarda rayona gedərək öz ofisində seçicilərini qəbul edir.

​XALQ.AZ xəbər verir ki,martın 4-də Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Sanitar tələblərə riayət olunaraq qəbula gələn hər bir sakin zərurət olduğu halda görüşdən öncə qoruyucu maskalarla təmin edilib.50-ə yaxın seçicinin iştirak etdiyi qəbulda qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Bəzi məsələlər yerindəcə həll edilib. Digər məsələlər qeydə alınaraq, əlaqədar qurumlara göndərilməsi nəzərdə tutulub.

​Məlumat üçün bildirək ki, əhaliyə dəstək məqsədilə deputata müraciət edən rayon sakinlərinə ərzaq və qeyri-əqzaq yardımları edilir.