Novruz Aslanov seçicilərin probləmlərini həll etdi

İyunun 5-də İsmayıllı rayonuna növbəti səfərini edən millət vəkili Novruz Aslanov rayonun Uştal, Soltankənd və Qalagah kəndlərində seçiciləri ilə görüşüb. XALQ.AZ xəbər verir ki, epidemioloji qaydalara uyğun olaraq keçirilən qəbula gələn sakinlər şəxsi məişət problemləri ilə yanaşı kəndin su, yol problemləri, iş və təhsil ilə bağlı məsələləri deputatın diqqətinə çatdırıblar. Bir neçə məsələ yerindəcə həll edilib, həlli zaman tələb edən məsələlər barədə deputat əlaqədar qurumlara müraciət ediləcəyini bildirib. Əhaliyə dəstək məqsədilə ərzaq yardımların edilməsi nəzərdə tutulub.