Novruz Aslanovun illik fəaliyəti haqqında -Hesabatı

Milli Məclisin deputatı Novruz Aslanov hər il olduğu kimi 2020-ci il üçün də özünün deputatlıq fəaliyyəti barədə hesabatını hazırlayıb.

Deputat müraciəti:

Deputatlıq fəaliyyətim dövründə ənənəvi olaraq hər il fəaliyyətim barədə hesabat toplusu hazırlayaq ölkə başçısına, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, xarici ölkə səfirliklərinə, QHT-ə, seçicilərimə və tərəfdaşlara təqdim etmişəm. Bu il də ənənəyə sadiq qalaraq hesabat toplusu hazırlayaraq Sizə təqdim edirəm.

2020-ci il Azərbaycan xalqının yadında iki aktual məsələ ilə yadda qaldı. İlk olaraq qlobal problem kimi dünya gündəmini zəbt edən COVİD-19 pandemiyası və fəxredici hadisə kimi Vətən Müharibəsini zəfərlə başa vurmuş qalib ölkə kimi.

Heç kimə sirr deyil ki, bir çox ölkələr iqtisadi sahədə pandemiya səbəbindən kifayət qədər zərər çəkmişdir. Pandemiya Azərbaycandan da yan keçməmiş və respublikamız da bu qlobal problemin təsirinə məruz qalmışdır. Dövlətimiz çevik şəkildə qabaqlayıcı tədbirlər həyata keçirmiş, istər maddi, istərsə də texniki təchizat sahəsində bütün zəruri işlər icra olunmuşdur. Dövlət başçısının müvafiq tapşırığı ilə vətəndaşların sağlamlığının qorunması istiqamətində əlaqədar qurumlar gücləndirilmiş iş rejimində əhaliyə təxirəsalınmaz davamlı olaraq xidmərlər göstərmiş, bu işlərə qeyri-hökumət təşkilatları da öz töhfəsini vermişdir.

Pandemiya dövründə sərt karantin rejimini və məhdudiyyətləri nəzərə alaraq, seçicilərim ilə onlayn formatda və telefon vasitəsilə əlaqə saxlayaraq problemləri barədə məlumatlar alırdım. Xüsusilə, alış-satış, ictimai iaşə obyektlərinin bağlanması səbəbindən insanlarımız üçün əlavə dəstəyə ehtiyac yaranmışdır. Bu işi ilk növbədə dövlət öz üzərinə götürdü, müvafiq hökumət qurumları vasitəsilə həm maddi, həm də digər zəruri yardımlarla vətəndaşlarımıza davamlı olaraq dəstək verildi. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ”Heydər Əliyev Fondu” şəhər və rayonlarda əhaliyə kifayət qədər humanitar yardımlar etdi. Bu xeyirxah təşəbbüsə digər təşkilatlar, fiziki və fərdi insanlarımız da qoşuldu. Rəhbərlik etdiyim Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bu işlərə dəstək verərək bölgələrdə humanitar layihələr hayata keçirməyə başladı. Əhaliyə dəstək adı altında ərzaq, qeyri-ərzaq, gigiyenik bağlamalarla insanlara yardımlar edildi. Bu işdə həm yerli, həm də xarici donorlar yaxından iştirak etdilər.

Bu il sentyabrın 27-də başlamış 2-ci Vətən Müharibəsi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun rəşadəti sayəsində 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi. İsmayıllı rayonunun 28 şəhidi və 80-ə yaxın qazisi vardır. İsmayıllı rayonundan seçilmiş deputat olaraq 2021-ci ilin yanvar ayında həmin şəhidlərin ailələri və qazilər ziyarət edildi, lazımi dəstək və ailə üzvlərinə başsağlığı verildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti kimi bu işlərdə milli cəmiyyətin də resurslarından istifadə olundu. Sentyabrın 27-də başlayan 2-ci Vətən Müharibəsi dövründə mülki əhaliyə lazımi yardımlar edildi. Xüsusilə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəvəti ilə Türk Qızıl Ayı müharibə

dövründə mülki əhaliyə dəstək məqsədilə zəruri ləvazimatlarla humanitar yardımlar etdi. Yardımlar Gəncə şəhəri, Tərtər, Ağdam, Füzuli, Goranboy, Cəbrayıl, Daşkəsən, Bərdə, Ağcabədi, Gədəbəy rayonlarını əhatə edib.

Bu zəfərdə Ali Baş Komandan cənab İlham Əliyevin çox böyük əməyi olub, cəsarətli addımları, prinsipiallığı, diplomatiya təcrübəsi və nail olduğu milli həmrəyliyi bu zəfərin əsasını qoydu. Həm hərbi əməliyyatlarda, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr düşməni tam olaraq çökdürdü. İşğaldan azad olunmuş şəhər və rayonlarımıza Mehriban xanım Əliyeva ilə birlikdə etdiyi səfərlərdə verdiyi bəyanatlar, bu haqq işimizə mane olmaq istəyən qüvvələri bir daha düşünməyə vadar etdi. Ümid edirəm ki, həmin qüvvələr bizə münasibətlərində müəyyən korrektələr etmək barədə düşünəcəklər.

Mən Azərbaycan vətəndaşı olaraq, cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya bu zəfər sevincini xalqımıza yaşatdıqlarına görə sonsuz təşəkkürümü bildirirəm. Allah onları qorusun!

XALQ.AZ Milli Məclisin deputatı Novruz Aslanovun hesabatını təqdim edir:

Novruz Aslanovun ziyarət etdiyi şəhid ailələrinin siyahısı

1 Hüseynov Səməd Sətdar oglu ŞƏHİD
2 Mürsəliyev Sübhi Balamirzə oğlu ŞƏHİD
3 Babayev Kamal Eynulla oğlu ŞƏHİD
4 Abdullayev Həsən Aydın oğlu ŞƏHİD
5 Dəmirov Vüsal Aydın oğlu ŞƏHİD
6 Məmmədli Cəmil Habil oğlu ŞƏHİD
7 Mirzəliyev Aqil Mehman oğlu ŞƏHİD
8 Həsənquuyev Nicat Aydın oğlu ŞƏHİD
9 Əhmədzadə Famil Ağaəhməd oğlu ŞƏHİD
10 Həmzəyev Novruz Bəkir oğlu ŞƏHİD
11 Osmanlı Teymur Saday oğlu ŞƏHİD
12 Rəcəbaliyev Tural Həmid oğlu ŞƏHİD
13 Nəcəfov Fuad Taleh oğlu ŞƏHİD
14 Qənbərli Taleh Abil oğlu ŞƏHİD
15 Yusifov Ramil Mürşüd oğlu ŞƏHİD
16 Məmmədli Əşrəf Elman oğlu ŞƏHİD
17 Lətifov Orxan Xancan oğlu ŞƏHİD
18 Şıxızadə Tural Ətraf oğlu ŞƏHİD
19 Əliyev Fərid Hamlet oğlu ŞƏHİD
20 Ağazadə Emin Valeh oğlu ŞƏHİD
21 Qəfərov Saməddin Rasim oğlu ŞƏHİD
22 Müseyibli Ülvi Şakir oğlu ŞƏHİD
23 Səlimzadə Kənan Məmiş oğlu ŞƏHİD
24 Musayev Ramil Aydın oğlu ŞƏHİD
25 Şirinov Etibar Fazil oğlu ŞƏHİD
26 Şıxızadə Vuqar Xalid oğlu ŞƏHİD

2020-ci ilin 9 ayı ərzində İsmayıllı rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər

1 Hüquqi təsərrüfat subyektləri 865

2 Fiziki təsərrüfat subyektləri 9482

3 İqtisadiyyatda muzdla işləyənlərin orta illik sayı (min nəfər) 8,9

4 İqtisadiyyatda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı (manat) 442,1

5 Məhsulun ümumi buraxılışı (min manat) 183109,0

6 Sənaye məhsulunun həcmi (min manat) 10609,4

7 Kənd təsərrüfatı məhsulu (min manat) 90547,2

8 Bitkiçilik 59445,8

9 Heyvandarlıq 38441,3

10 Pərakəndə əmtəə dövriyyəsi (min manat) 145030,0

11 Əsas kapitala investisiyalar (min manat) 32444,0

2020-ci ilin 9 ayı ərzində İsmayıllı rayonu üzrə açılmış yeni iş yerləri

Açılmış iş yerlərinin sayı 349

Оndan daimi iş yerləri 99

Yeni yaradılmış müəssisə və təşkilatlarda 24

Мövcud müəssisə və təşkilatlarda 75

Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda 0

Fiziki şəxslərdə –

Digər tədbirlər üzrə (müхtəlif beynəlxalq və yerli layihələr, mövsümü və abadlıq işləri və.s) 250

Müraciətlər (ərizələr)

Cəmi daxil olan ərizə və müraciətlər 2301

2 Vətəndaşlardan daxil olan müraciətlər 2296

3 Cəmi xaric olan rəsmi məktub və sorğular 65

4 Vətəndaşlara göndərilmiş cavab məktubları 16

QEYD: Daxil olmuş müraciətlərin bir hissəsi sakinlər tərəfindən kollektiv şəkildə imzalanmışdır

Daxil olan ərizələrə əsasən görülən işlər

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilmiş sorğu və məktublar 49

2 Mərkəzi və yerli icra hakimiyyəti orqanlarından daxil olmuş cavab məktubları 4

3 Sorğuya verilmiş müsbət cavablar 1

4 Sorğuya verilmiş mənfi cavablar 3

5 İcraata götürülmüş müraciətlər 12

6 Sorğuya cavab verilməmişdir 29

Fərdi qaydada görülən işlər

Təmənnasız müayinəyə və müalicəyə göndərilmişdir (cəmi) 582/34920 AzN

Təmənnasız müayinəyə və müalicəyə göndərilmişdir (cəmi) 582/34920 AzN

2 Təmənnasız müayinəyə və müalicəyə göndərilmişdir (İsmayıllı rayonu üzrə) 16/960 AzN

3 Maddi yardım edilmişdir 34/5890 AzN

4 Ərzaq və qeyri-ərzaq yardımı edilmişdir (ailəyə) 2200/66 000 AzN

5 CƏMİ 107 770 AzN

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilmiş sorğu və məktubların icrası

Həll olunmuş məsələlər 1-2%

2 İcraatda olan məsələlər 35-71%

3 Həlli mümkün olmayan məsələlər 13- 27%

CƏMİ: 49-100%

Cəmi daxil olmuş müraciətlərin (ərizələrin) icrası

Həll olunmuş məsələlər 2235 97%

2 İcraatda olan məsələlər 42 2%

3 Həlli mümkün olmayan məsələlər 24 1%

4 Cəmi 2301 -100 %

2020-2021-ci illər ərzində görüşlərdə və qəbullarda iştirak edən sakinlərin sayı

4200 vətəndaş

2020-2021-ci illər ərzində İsmayılli rayonuna 32 səfər etmişdir.

Qeyd: 2020-ci ilin yanvar və fevral ayları seçki müddəti olduğuna görə, sentyabr oktyabr ayları Vətən Müharibəsi dövrünü əhatə etdiyi üçün həmin aylarda İsmayıllı rayonuna səfərlər edilməyib. Seçicilərlə onlayn formatda qəbullar keçirilib. Belə qəbullarda 2020-ci il ərzində 800-ə yaxın seçici iştirak edib

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilmiş sorğu

və məktubların siyahısı

1 03.04.20 Gənclər və idman naziri A. Rəhimova İsmayıllı Olimpia Kompleksinin təmiri

2 29.04.20 İsmayıllı İcra Hakimiyyətinin başçısı N. Bağırova Tircan kəndində yanmış fərdi evə kompensasiya verilməsi barədə

3 25.06.20 Müdafiə naziri Z. Həsənova Ü. Seyidovun müraciətinə əsasən

4 05.08.20 İsmayıllı İcra Hakimiyyətinin başçısı N. Bağırova Məmmədov Asəf, Nuqayev Əfqanın ərizələri göndərilib

5 10.08.20 İsmayıllı İcra Hakimiyyətinin başçısı N. Bağırova Ərizələr baxılmaq üçün göndərilib

6 14.08.20 Azəriqaz İB direktoru R. Əliyevə İsmayıllı rayonunda qazın verilməsi barədə

7 02.09.20 Gəncə Dövlət Universitetinin rektoru Y. Yusibova Tələbə E. Əzizovun təhsil haqqından azad edilməsi

8 02.09.20 Fövqəladə hallar naziri K. Heydərova İvanovka kəndində qəzalı ev barədə

9 03.09.20 Azəriqaz İB direktoru R. Əliyevə Topşu kəndinə qazın verilişi

10 03.09.20 AAYDA sədri S. Məmmədova Basqal qəsəbəsində yolun genişləndirilməsi

11 18.09.20 Mel. və Su Təs. ASC sədri Ə. Əhmədzadəyə Çandahar kəndində bəndbərkitmə işləri

12 21.09.20 Mədəniyyət naziri A. Kərimova S. Abdullayevaya “Əməkdar mədəniyyət işçisi”adının verilməsinə dair

13 26.11.20 NRYT naziri R. Quluzadəyə İsmayıllı rayonunda telefon xəttinin çəkilişi barədə

14 03.12.20 İsmayıllı İcra Hakimiyyətinin başçısı N. Bağırova A. Həmidovanın ərizəsi baxılmaq üçün göndərildi

18.12.20 ARPA şöbə müdiri F. Əliyevaya P. İsayevə “Əməkdar artist” fəxri adının verilməsinə dair

16 18.12.20 Mədəniyyət naziri A. Kərimova P. İsayevə “Əməkdar artist” fəxri adının verilməsinə dair

17 06.01.21 Müdafiə naziri Z. Həsənova V. Şıxıyevə şəhid adının verilməs

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilmiş sorğu və məktublara əsasən daxil olmuş cavab məktubları

1 17.07.20 Gənclər və idman naziri A. Rəhimovdan İsmayıllı Olimpia Kompleksinin təmiri barədə

2 13.10.20 AAYDA sədr müavini Ə. Qocayev Basqal qəsəbəsində yolun genişləndirilməsi barədə

3 25.11.21 Mel. və Su Təs. ASC sədr müaviniZ. Quliyevdən Çandahar kəndində bəndbərkitmə işləri barədə

Qeyd: COVİD-19 pandemiyası dövründə məhdudiyyətlər nəzərə alınaraq, Novruz Aslanov seçiciləri ilə əsasən onlayn formatda və telefon vasitəsilə əlaqə saxlayıb. Münasib vaxtlarda rayona səfərlər edib. Bu baxımdan da müraciətlərin çoxu yazılı ərizə ilə deyil, onlayn formatda olaraq deputat tərəfindən qeydiyyata alınıb və müvafiq addımlar atılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı işgüzar əlaqələr sayəsində İsmayıllı rayonunda bir çox məsələlər öz müsbət həllini tapıb.

Azərbaycan Respublikası Milli Məclisində qanunvericilik fəaliyyəti barədə:

Novruz Aslanov Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvüdür. Plenar və komitənin iclaslarında mütəmadi olaraq iştirak edir.

İsmayıllı rayonunda fərdi evlərdə baş vermiş yanğınlar və digər fəlakətlər zamanı göstərilən yardımlar:

2020-ci ilin mart ayında İsmayıllı rayon sakini Hacıyeva Rüxsarə Əvəd qızı, 2ədəd cadır, məişət ləvazimatları və digər zəruri yardımlar edilmişdir.

Maddi yardımlar

1. İsmayıllı şəhəri- Hüseynov Sübhan- 50 AzN (müalicə)

2. İsmayıllı şəhəri- Əzizov İmran- 50 AzN (müalicə)

3. Bakı şəhəri-Əliyeva Şəhnaz -200 AzN (məişət əşyaları)

4. İsmayıllı şəhəri -Osmanov Yusif- 300 AzN (müalicə)

5. Bakı şəhəri -Qafarova Mədinə -500 AzN (müalicə)

6. Mican kəndi-Hümmətov Mərdan-200 AzN (təhsil haqqı)

7. Bakı şəhəri- Zülfüqarova Zeynəb-50 AzN (maddi yardım)

8. İsmayıllı şəhəri -Səfərov Cəbrayıl- 150 AzN (müalicə)

9. İsmayıllı şəhəri -Qurbanov Mehman- 150 AzN (müalicə)

10. İsmayıllı şəhəri-Süleymanova Mələk- 50 AzN (maddi yardım)

11. İsmayıllı şəhəri -Tapılov Məzahir- 50 AzN (müalicə)

12. İsmayıllı şəhəri -Həsənova Səmayə- 70 AzN (təmir)

13. Qalıncaq kəndi-Musayev Mübariz-70 AzN (müalicə)

14. Qurbanəfəndi kəndi-Allahverdiyev Kamal-200 AzN (təhsil haqqı)

15. İsmayıllı şəhəri -Cəfərova Xanımana- 200 AzN (təmir)

16. İsmayıllı şəhəri -Piriyev Vahid- 1 ədəd planşet-(250 AzN)

17. İsmayıllı şəhəri -Ağayeva Mənirə – 170 AzN (qaz xəttinin çəkilişi)

18. İsmayıllı şəhəri -Eybalızadə Tünzalə – 50 AzN (kirayə haqqı)

19. İsmayıllı şəhəri -Mirzəyev Mayıs – 50 AzN (müalıcə)

20. İsmayıllı şəhəri -Əzizov İmran – 50 AzN (maddi yardım)

21. İsmayıllı şəhəri -Dəmirov Sərkar – 50 AzN (müalicə)

22. Bizlan kəndi-Tapdıqova Dürdanə -30 AzN (maddi yardım)

23. İsmayıllı şəhəri -Abbasova Mükafat – 50 AzN (müalicə)

24. Qalıncaq kəndi-Həsrətova Luyiza -50 AzN (maddi yardım)

25. Enişdibi kəndi-Baxışov İlham -50 AzN (maddi yardım)

26. Basqal qəsəbəsi-Şəfiyev Elşən -50 AzN (maddi yardım)

27. İsmayıllı şəhəri -Qarayeva Tamam – 1000 AzN (maddi yardım)

28. İsmayıllı şəhəri -Niftaliyeva Aidə – 100 AzN (maddi yardım)

29. İsmayıllı şəhəri -Şahməmmədov Rasim – 500 AzN (müalicə)

30. Təzəkənd kəndi-Qədirova Zeynəb -50 AzN (maddi yardım)

31. Soltankənd kəndi-Məhərrəmov Sərxan -500 AzN (dam örtüyü verildi)

32. İsmayıllı şəhəri -Hüseynova Rəvan – 300 AzN (dam örtüyü verildi)

33. İsmayıllı şəhəri -Osmanlı Yusif – 200 AzN (maddi yardım)

34. Quşencə kəndi-Mustafayeva Vəsidə -100 AzN (maddi yardım)

CƏMİ-5890 AzN

Qeyd: Vətəndaşlara göstərilən humanitar və maddi yardmların bir qismi Azərbaycan Qzıl Aypara Cəmiyyəti, fiziki şəxslərdən və müxtəlif kampaniyalardan əldə edilən ianələr hesabına olunmuşdur.