Nura: “Ərzaq baha, geyim baha, maaş az…”

Qarşıma məktəbli geyimlərinin qiyməti ilə bağlı bir status çıxdı. Bir neçə övladı olan valideyn bu formanı necə alsın? Dövlət məktəbləri pulsuzdursa, forma da pulsuz olsun heç olmasa”.
Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
O qeyd edib: “Məktəb ləvazimatları da baha, geyim də. Ümumiyyətlə, 300-500 azn maaş alan ailələr necə dolansın? Marketlərdə qiymətlər hər gün qalxır. Ərzaq baha, geyim baha, maaş az. Kommunaldan heç danışmıram. Pensiya ilə dolananlar nə yeyir, kommunalı necə ödəyir? Bir əlacı var bu problemin? Millət vəkillərinə ünvanlayıram bu sualı. Dostluğumda olanlar cavablandırsın heç olmasa…”