“O ses Türkiye”də daha bir azərbaycanlı – Video

XALQ.AZ xəbər verir ki, Türkiyənin “TV8” telekanalında yayımlanan “O ses Türkiye” mahnı müsabiqəsində ilk mərhələ davam edir.
Yarışmada daha bir azərbaycanlı iştiakçı çıxış edib.
Söhbət Azər Həsənovdan gedir. Bir müddət əvvəl Türkiyəyə köçüb hazırda Çanakkale şəhərində yaşayan həmyerlimiz Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını oxuyub. Münsiflərdən onun üçün Murat Boz və Bəyazıt Öztürk dönüb.
Eyni mahnını M. Bozla duet oxuyan həmyerilimiz sonda qərarını açıqlayıb və elə onunla da yoluna davam edib.
Qeyd edək ki, cari mövsümdə bundan əvvəl yarışmada Azərbaycan əsilli İlyas Vəkilov çıxış edib və Murat Bozu seçib.
Orxan