“Oba”da endirim adı ilə müştəriləri aldadırlar” – Şikayət

“Oba” marketlər şəbəkəsi alıcıları endirim adı ilə aldadır. Satıcıları bu işi market rəhbərliyinin adı ilə həyata keçirir.

Bu barədə sosial şəbəkədə Elvin Məmmədli yazıb. O bildirib ki, məhsulun üstündə ayrı qiymət yazılır, kassa da isə fərqli qiymətə verilir:

“ “Oba” marketdə (Təbriz küçəsi, Şuşa restoranı ilə üzbəüz) məhsulun üzərindəki qiymətlə kassa qiyməti bir deyil. Müştəriləri aldadırlar. Şikayətimi bildirirəm, satıcı deyir ki, yuxarıdan belədi, bizlik deyil”.

Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.