Obama: ” Bayden amerikalılara ürəkdən xidmət edəcək”

ABŞ-ın keçmiş prezidenti Barak Obama Co Baydeni prezident seçkilərində qələbə çalması münasibətilə təbrik edib.

XALQ.AZ xəbər verir ki, B.Obama, eyni zamanda ölkənin yeni birinci xanımı Cil Baydeni də təbdik edib.

“Mən əminəm ki, o, ona səs verən və ya verməyən hər bir amerikalıya ürəkdən xidmət edəcək”, – deyə B.Obama özünün feysbuk hesabında yazıb.

Obama Co Baydenə səs verən bütün amerkialılara təşəkkürünü də çatdırıb:

“Bizim demokratiyaya həmişəkindən daha çox ehtiyacımız var”.

Keçmiş prezident Kamala Harrisi də vitse-prezident seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, Co Bayden Barak Obamanın prezidentliyi dönəmində ölkənin vitse-prezidenti olub.