Obama filmə çəkiləcək

ABŞ-ın sabiq Prezidenti Barak və həyat yoldaşı Mişel Obama tərəfindən qurulan “Supreme Ground Productions” şirkəti “Netflix”lə birlikdə altı yeni layihə üzərində işə başlayacaq.

Bu barədə xarici mətbuatda məlumat yayılıb.

Gələcək məhsullar haqqında məlumat şirkətin rəsmi saytında dərc edilib. Plana əsasən layihələrin həyata keçirilməsi bir neçə il çəkəcəkdir.

Cütlük bir sıra sənədli filmlər, bir serial və dörd tammetrajlı bədii film yaratmaq üçün “Netflix” ilə əməkdaşlıq edəcək.

Filmlər melodrama, tərcümeyi-hal və fantastika janrlarında olacaq.