Obama futbola görə mərcə girdi

Obama

Belçikanın baş naziri Elio di Rupo ABŞ prezidenti Barak Obamaya futbol üzrə dünya çempionatının 1/8 final oyununa görə mərc etməyi təklif edib.

XALQ.AZ-ın məlumatına görə, Elio di Rupo Obama ilə Belçika pivəsindən mundialın dörddə bir finalına çıxış üçün mübahisə edəcək.

Qeyd edək ki, iyulun 2-də Braziliyanın Salvador şəhərində keçiriləcək 1/8 final oyununda Belçika yığmasının rəqibi ABŞ komandası olacaq.