Obama homoseksual yepiskopu qonaq çağırdı

Obama

Homoseksual olduğunu gizlətməyən anqlikan yepiskop Cin Robinson Ağ Evdə keçirilmiş pasxa ehsanında iştirak edib.

Xalq.az-ın məlumatına görə, ABŞ prezidenti ondan yekun duasını oxumağı xahiş edib. Robinson həm də 2009-cu ildə Obamanın inauqurasiyası zamanı təntənəli moizəyə rəhbərlik edib.

Cin Robinsona yepiskop sanının verilməsi anqlikan kilsəsində parçalanmaya səbəb olub. Bu səbəbdən 2003-cü ilin dekabr ayında Moskva patriarxlığı ABŞ-ın Yepiskop kilsəsi ilə əlaqəni dayandırıb