Ofisiant iş yoldaşını bıçaqladı

Bicaq-1

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gün rayonun Şürük kəndi ərazisində qeydə alınıb.

Şıxəkəran kənd sakini 32 yaşlı Nəvai Nurəddin oğlu Məmmədov rayonun Xanbulan kənd sakini 21 yaşlı Kamal Calal oğlu Əliyevə şəxsi münasibətlər zəminində bıçaqla bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirib.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, şadlıq evlərinin birində ofisiant işləyən Nəvainin iş yoldaşı Kamala pul borcu olub. Borcunu ondan tələb edərkən Nəvai bıçağa əl atıb. Hadisə zamanı hər iki nəfər sərxoş olub.

Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətmiş Nəvai Məmmədov isə könüllü polisə təslim olub.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.