Oğlu həbs olunan nazirlər İSTEFA verdi

 

3

Türkiyədə istefa dalğası: iki nazir vəzifəsini itirdi

Rüşvət olayında oğlu həbs olunan iqtisadiyyat naziri Zəfər Çağlayan vəzifəsindən istefa verib.

Xalq.az  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Nazir istefa ərizəsini baş nazirə təqdim edib.

Nazir istefasına belə aydınlıq gətirib: “17 dekabrda baş tutan əməliyyatın hökumətimizə, partiyamıza və ölkəmizə qarşı çirkin tələ olduğu hamıya aydındır. Yaxın iş yoldaşlarımın və oğlumun da daxil edildiyi bu oyunu pozmaq və həqiqətin üzə çıxması üçün iqtisadiyyat naziri vəzifəsindən ayrılmışam”.

Çağlayanın istefasından sonra daxili işlər naziri Müəmmər Gülər də tutduğu postdan azad olunub. Oğlu tutulan nazir istefa verib.

Qeyd edək ki, istefa verən hər iki nazirin oğlu qaçaqmalçılıq və rüşvət əməliyyatında saxlanılıblar.