“Oğlumun filmində baş rola çəkilərəm” – FOTO

Aktyor-rejissor Mahsun Kırmızıgül həyat yoldaşı Ece Binay və dostları ilə şam yeməyindən qayıdarkən paparassilərin hədəfində olub.

XALQ,AZ xəbər verir ki, aktyor Amerikadan yenicə qayıtdığını deyib:

“Oğlum Mahmud Los-Ancelesdə kino təhsili alır. Bu il universiteti bitirəcək. Deyəsən, orada qalıb işləməyi düşünür”.

Kırmızıgül jurnalistlərin “Oğlunuz sizi baş rola dəvət etsə, çəkilərsiniz” sualına belə cavab verib:

“Çəkilərəm, əlbəttə. Özü də, sevə-sevə”.

Qeyd edək ki, Mahmud Mahsun Kırmızıgülün ilk evliliyindən dünyaya gəlib.

Elgün