Oğrular nisyə dəftərini də özləri ilə aparıb

Ogru-1

Bərdənin Elçin Əsədov küçəsində yerləşən mağazalardan birində oğurluq hadisəsi baş verib.

XALQ.AZ-ın məlumatına görə, hadisənin gecə saatlarında baş verdiyi ehtimal edilir. Qıfılı sındıraraq içəri daxil olan şəxs və ya şəxslər vitrindəki ərzaq məhsullarını, siqaret və mobil operatorlar üçün danışıq kartlarını oğurlayıb.

Mağaza sahibi Zabil Dadaşovun sözlərinə görə, oğurlanan mallarla yanaşı kassada olan 30 manat nəğd pul və alacağı olduğu şəxslərin siyahısı olan dəftər də yoxa çıxıb. Satıcı Elvin Dadaşov dəyən ziyanın 9 min manatdan çox olduğunu deyir.

Satıcı Elvin Dadaşov deyir ki, “Qıfılı “truba” ilə qırıblar. Görüblər qırılmır, gedib çayxanadan lom kimi dəmir gətirib qırıb çıxarıblar”.

Qıfılın sındırılmasında istifadə olunan dəmir ling polis tərəfindən maddi sübut kimi götürülüb.

Hazırda Bərdə rayon polis şöbəsində faktla bağlı araşdırma gedir.