Olimpiya çempionuna agır itki

41

 

Əsgərov bir müddət sonra yenidən döşək üzərinə qayıdacaq.

Son günlər məşqçisi ilə küsülü olduğuna görə gündəmə gələn Olimpiya çempionu Toğrul Əsgərovun ailəsində ağır itki baş verib

Xalq.az Axar-az-a istinadən xəbər verir ki, güləşçimizin babası rəhmətə gedib.

O, bu səbəbdən millinin təlim-məşqlərindən uzaq qalıb və Türkiyədəki yarışı buraxmalı olacaq.

Lakin Toğrul Əsgərov bir müddət sonra Avropa çempionatında iştirak etmək üçün yenidən döşək üzərinə qayıdacaq.

Qeyd edək ki, növbəti qitə birinciliyi aprelin 1-dən 6-dək Finlandiyanın Vanta şəhərində baş tutacaq.