Ölkədə pul bazası 10 milyarda yaxınlaşıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

XALQ.AZ xəbər verir ki, mayın 1-nə AMB-nin valyuta ehtiyatları 5 milyard 789 milyon ABŞ dolları olub. Bu, ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 10,4 milyon dollar çoxdur. Son bir ildə bankın valyuta ehtiyatları 323,2 milyon dollar artıb.

Bundan başqa pul bazası ilin əvvəlinə nisbətən 50,6 milyon manat və 0,5% azalıb, son 1 ildə isə 1 082,1 milyon manat və yaxud 12,9% artıb. Bununlada pul bazası bu il mayın 1-nə 9 495,1 milyon manat təşkil edib.

 

 

Orxan


Comments are closed.