Ölkəmiz “Azərspace-1”dən 10 milyon qazanıb

23

 

Gəlirlər artmaqda davam edir.

Azərbaycanın “Azerspace-1” süni rabitə peykinin istismarından əldə olunan gəlirlər artmaqda davam edir.

Təkcə bu ilin 6 ayında əsas fəaliyyətdən təxminən 10 mln. ABŞ dolları həcmində gəlir əldə olunub.

Xalq.az  APA-ya istinadən xəbər verir ki, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, “Azerspace-1” peykinin gəlirləri artan xətt üzrə inkişaf edir.

Onun sözlərinə görə, bu peykin istismarında əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır.