Ölkəmizdə səhiyyə sistemi daha da inkişaf etdirilir

Milli Məclisin deputatı Rəşad Mahmudov ölkəmizdə səhiyyə sisteminin daha da inkişafı üçün görülən işlər barədə danışıb.

Deputat bilidirb ki, səhiyyə sisteminin  maddi texniki bazasının gücləndirilməsi, insan resurslarının effektiv istifadəsi, təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi və s. yönündə görülən işlər bir daha aydın şəkildə göstərir ki, dövlətimizin səhiyyə sahəsində həyata keçirdiyi islahatlar qətidir, davamlıdır və vazkeçilməzdir.

Bu yolda hər bir quruma, hər bir tibb müəssisəsinə və hər səhiyyə işçisinə uğurlar arzulayırıq deyə qeyd edib.