Ölümdən əvvəl intihar “selfie”si (FOTO)

r-1

22 yaşlı bir gəncin intiharı ailəsini və yaxınlarını dərin həznə boğub.

Xalq.az-ın xəbərinə görə, Türkiyənin İsparta şəhərində 22 yaşlı Həsən Sevən adlı gənc, tək yaşadığı evdə özünü asaraq intihar edib. Onun intihar etmədən əvvəl boynuna keçirdiyi iplə çəkdiyi şəkli isə sosial şəbəkə saytı olan “Facebook” səhifəsində paylaşdığı ortaya çıxıb.

İspartanın Halıkənd məhəlləsində tək yaşayan Həsən Sevən intihar faktını dünən gecə həyata keçirib. Onun etdiyi əməl haqqında sosial şəbəkədə bildirməsini görən xaricdə yaşayan qohumları, dərhal İspartadakı yaxınlarına zəng edərək xəbər veriblər. Hadisədən bir müddət sonra gecə evə gələn yaxınları onun evin salonundan asılmış cansız bədəni ilə qarşılaşıblar.

Qeyd edək ki, intihar edən gəncin psixoloji problemləri olduğu bildirilir.

r-2