Ombudsman hesabat verəcək

Milli Məclisdə bir neçə mühüm sənədin müzakirəsi gözlənilir.

XALQ.AZ-ın məlumatına əsasən, Novruz tətilindən sonra İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsi dinləniləcək. Sənəd martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılsa da, hələlik parlamentin plenar iclasında təqdim edilməyib.

Bundan bir müddət sonra isə Hesablama Palatası öz işi barədə Milli Məclisə hesabat verəcək.

Qeyd edək ki, Hesablama Palatası ildə iki dəfə – yaz sessiyasında, aprelin 15-dən gec olmayaraq və payız sessiyasında, oktyabrın 15-dən gec olmayaraq, hesabat verir.

Palatanın sədri Vüqar Gülməmmədov 2020-ci ildə keçirdiyi yoxlamalar barədə məlumatları deputatların diqqətinə çatdıracaq.