Onlar da qan vermə aksiyasına qoşuldular – FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan verilməsi aksiyasına qoşulublar.

Bu barədə XALQ.AZ-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gələrək talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq üçün könüllü qan veriblər.

XALQ.AZ