“Onlar hansı qanuna söykənib cərimə edirlər?

 

26

 

“Azərbaycanda hüzr mərasimlərində israfçılığın qarşısını almaq üçün rəsmi qadağaların tətbiqi gülünc məsələdir”. Bunu  Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

“İslam dininin şəriət qanunlarında bu qadağalar əks olunub, odur ki, dünyəvi qanuna ehtiyac yoxdur.
Doğrudur, Belarus, İsrail, Tacikistan kimi ölkələrin mərasimlərlə bağlı müəyyən qanunları var. Lakin o qanunlar primitivdir. Onları Azərbaycanda tətbiq etmək olmaz. Ona görə də bu gün Azərbaycanda ən yaxşı örnək  Naxçıvan şəhərində tətbiq olunan modeldir. Belə ki, orada icra strukturları və dini nümayəndələr arasında anlayışlı fəaliyyətlərin aparılması nəticəsində artıq hüzr mərasimlərində israfçılığa yol verilmir. Yəni inzibati güc tətbiq etməyə ehtiyac qalmır”, – deyə H. Rəcəbli əlavə edib.

Komitə sədri bölgələrdə yas mərasimlərində israfçılıqla bağlı cərimələrə də etirazını bildirib:

“Onlar hansı qanuna söykənib cərimə edirlər? Qəti əleyhinəyəm. Bunu güc tətbiq edərək həyata keçirmək olmaz. Nüfuzlu şəxslərin özləri örnək  kimi göstərməlidilər.

Şadlıq evlərinə də təsir gücünü artırmaq lazımdır. Bu məsələnin ən yaxşı həlli isə,  toy sahibi  və şadlıq saraylarının rəhbərləri ilə qarşılıqlı anlaşma nəticəsində mümkün ola bilər”.Modern.az