“Onlar münaqişəni törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur” – Vüqar İskəndərov

“BQXK-nın Xankəndi ofisinin etdiyi hərəkət qəbuledilməzdir. Onlar münaqişəni törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu təşkilat unudur ki, Azərbaycan ərazisində hərəkət edir: “Rəsmi Bakı dəfələrlə onlara təklif edib ki, Xankəndiyə Bakıdan getsin. Təşkilat bu təklifləri qulaqardına vurur. Ümid edirik ki, təşkilat hüquqazidd əməllər törədən əməkdaşlarına qarşı sərt tədbirlər görəcək. Unutmasınlar ki, qanunu pozanlar cəzalarını mütləq alacaqlar”.