Onlara “Müharibə veteranı” adı verilib

Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə “Müharibə veteranı” adı verilib.

Müdafiə Nazirliyindən XALQ.AZ-a verilən məlumata görə, digər 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir:

“Zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilməsi üçün müvafiq komissiyaya təqdim ediləcək”, – məlumatda deyilir.