Onları birləşdirən ümumi dəyər

Fransa böyük dövlət rolunu itirə-itirə gedir. Fransa prezidenti Emmanuel Makron dəfələrlə bəyan edib ki, Fransa həmişə Ermənistanın yanında olacaq. Makronun aktiv ermənipərəst mövqeyindən, habelə Qafqazdakı məsələlərə obyektiv münasibət sərgiləməməsindən uzun-uzadı danışmağa ehtiyac yoxdur. Fransa Senatının ardından Fransa Milli Assambleyasının da Azərbaycana qarşı qəbul etdiyi qətnamə tamamilə Fransanın erməni təəsübkeşliyindən qaynaqlanır. Fransa Senatı və Milli Assamnleyası Azərbaycanın öz qanuni və beynəlxalq hüquqla tanınan torpaqlarını‚ məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 ardıcıl qətnaməni icra edərək işğaldan azad etməsi halı ilə qətiyyən barışmır. Həmçinin, Fransa tərəfini Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aqressiv separatizmin 30 illiyi ilə əlaqədar qondarma rejimə ünvanlandığı 20 fevral tarixli təbrikinə diqqət yetirməyə çağırmağımıza baxmayaraq cavabsız qalınmışdır. Ermənistan prezidenti Azərbaycana qarşı terror, aqressiv separatizm, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi nailiyyət kimi təqdim edir və Azərbaycanın suveren ərazilərinin anneksiyasına çağırır.
Biz əgər geriyə dönüb baxdığımızda təxribatçı Ermənistana dəstək verməsi Fransanın tarixi genindən də gələ bilər. Unutmayaq ki, Şimali Afrika üzərində imperialist maraqlarını XVII əsrdən həyata keçirən Fransa milyonlarla insanı qətlə yetirib, yüzlərlə kənd və şəhəri darmadağın hala salıb. Tarixi məlumatlara görə, Fransa Əlcəzairdə 1830-cu ilə qədər 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı öldürüb. Heç bir insani mahiyyət daşımayan bu soyqırımlarda sadə müsəlmanların yalnız bir qurtuluş imkanları var idi: ərəb kimliyindən və İslamdan imtina edərək Fransa tabeliyini qəbul etmək.
Qeyd etmək lazımdır ki, işğal dövründə Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın daim ədalətli yanaşma ortaya qoymasını tələb edirdi. Amma bütün bunlara baxmayaraq ədalət heç bir zaman öz yerini tapmırdı. Bütün dünya şahid olmuşdur ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi.
Bizim qələbə qazandığımız 44 günlük müharibdə  Paris qondarma “Dağlıq Qarabağ respublikası” nı tanımağa belə hazırlaşmışdır. Bu prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Yaddan çıxartmaq olmaz ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçi rolunda iştirak edir. Ancaq bu ölkə son illərdə nümayiş etdirdiyi mövqeyi ilə tərəfsiz olmadığını, Ermənistanı açıq-aşkar dəstəklədiyini göstərmişdir. Aydır ki, düşmənlər heç bir zaman susmayacaq və durmayacaqlar. Ermənistan da son yüz ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla Fransaya necə bənzədiyini açıq-aşkar göstərir. Belə qənaətə gəlmək olar ki, onları birləşdirən ümumi dəyər məhz bu cəhətləridir.

Özləm Əliyeva