“Onların iş saatlarını gündəlik olaraq 8 saata endirəcəyik”

“Hazırda taksi sürücülərinin gündəlik olaraq iş saatları 14 və ya 15 saatdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“Biz bu gün yeni qanunun tənzimlənməsi ilə onların iş saatlarını gündəlik olaraq 8 saata endirəcəyik. Bu da taksi fəaliyyətində keyfiyyəti artıracaq. Sürücülərin iş saatlarının azaldılması onların gəlirlərindən və işlərindən məhrum olması demək deyil”, – deyə nazir vurğulayıb.