“Onun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətlənidirilir”

“Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ daxil olub”.

XALQ.AZ xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, K.Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətlənidirilir:

“Ümid edirəm ki, Milli Məclis Prezidentin təqdimatını dəstəkləyəcək. Hesab edirəm ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq veriləcək”.