Operativ Qərargahın məlumatı-714 nəfər virusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XALQ.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 46593 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 40448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib, aktiv xəstə sayı 5503 nəfərdir.

Ölkədə son sutka ərzində 9072, hazırkı dövrədək isə 1250736 test aparılıb.

XALQ.AZ