Oqtay Əsədov şəhid ailələri ilə bağlı tapşırıq verdi

“Milli Məclis bu istiqamətdə fəaliyyət göstərib. Biz bu problemlə bağlı hər yerə müraciət etmişik”.

 

XALQ.AZ xəbər verir ki, bu fikirləri parlamentdə çıxışı zamanı spiker Oqtay Əsədov şəhid ailələrinin sığorta pulunun alması məsələsində yaranan problemlərə toxunarkən deyib.

Spiker qeyd edib ki, prezidentin bununla bağlı sərəncamı olub və bu sərəncamdan sonra problem həll edilməlidir:

“Biz yaranan problemi İnsan hüquqları komitəsinə tapşıraq. Komitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və sığorta şirkətinin əməkdaşları ilə birlikdə problemi araşdırsın”.

 

 

 

Orxan