Oqtay Əsədov Qazaxıstanda səfərdədir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Qazaxıstana səfəri başlayıb.

XALQ.AZ xəbər verir ki, O.Əsədov sentyabrın 23-24-də Nur-Sultan şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin forumunda iştirak edəcək.

Tədbirdə 50-dən çox ölkənin nümayəndəsi bir araya gələcək. Görüş “Böyük Avrasiya: Dialoq. Etibar. Tərəfdaşlıq” mövzusuna həsr olunacaq.