Oqtay Şirəliyev qəbul keçirdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.

Növbəti belə qəbul noyabrın 8-də Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev Cəlilabad və Biləsuvardan olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.