Ordumuz daha bir əsgər itirdi

Asker

Bu gün səhər saatlarda cəbhədə Azərbaycan Ordusu daha bir əsgərini itirib. XALQ.AZ-ın məlumatına görə, əsgər Ağdam rayonunda dünyasını dəyişib.

Verilən məlumata görə, 1996-cı il təvəllüdlü Sahil Yaşar oğlu Tərlanlı açılan atəş nəticəsində ölüb.

Qeyd edək ki, Sahil Tərlanlı Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı ANS PRESS-ə təsdiqləyib.

Hərbi prokuroroluq tərəfindən cinayət işi başlanılıb. araşdırma aparılır.