“Ordumuz düşmənə layiqli cavab verərək onları geri otuzdurublar”

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, iki əsgərimiz şəhid olub, beş əsgərimiz isə yaralanıb.

XALQ.AZ xəbər verir ki, millət vəkili Əliabbas Salahzadə müxbirimizə bildirib ki,baş verən hadisəyə görə, bütün mısuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: “Bu hücum görünür əvvəlcədən planlaşdırılıb.Amma Azərbaycan ordusu,Azərbaycan sərhədçiləri istənilən vəziyyətə hazır olduğundan işğalçı Ermənistanın planları baş tutmayıb. Ordu birliklərimiz düşmənə layiqli cavab verərək onları geri otuzdurublar. Gələn mılumatlara diqqət etsək görərik ki,düşmən çox ciddi itkilərlə üzləşib. Bu da o deməkdir ki, Ermənistanın indiki rəhbərliyi bir daha Azərbaycan ordusunun nəyə qadir olduöunu görmüş oldu. Əminım ki,Ali Baş Komandanımız cənab İlham Əliyev əmr edərsə, orsumuz İrəvanı belə düşməndən hazır etmə gücündədir”.

Əliabbas Salahzadə şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.