“Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi”

“Onlarda heç bir güc yox idi”.

“Azərbaycan Ordusunun kiçik bir hissəsi 2016-cı ilin aprelində 3 gündə Ermənistan ordusunu darmadağın etdi”.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

“Dördüncü gün ermənilər bütün gücünü bir istiqamətdə toplayaraq hücüma keçmək istədilər. Orada da bir nəticə əldə edə bilmədilər. Əksinə, məğlubiyyətə uğradılar. Onlarda heç bir güc yox idi. Bu da təbii idi. Çünki istər demoqrafiq, istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycanla ayaqlaşa bilmirlər”, – müdafiə naziri vurğulayıb.

Z.Həsənov bildirib ki, Azərbaycan aprel döyüşlərində cəmi bir tank itirib, o da minaya düşüb: “Biz onu bərpa etmişik. Ermənilər isə 33 tank itiriblər. Azərbaycan 1 top itirib. Onların 15 topunu məhv etmişik. Aprel döyüşlərində düşmənin 300-dən çox şəxsi heyəti məhv edilib, 1000-ə yaxın yaralıları oldu. Bizdə olan məlumata görə, onlardan 500-dən çoxu ağır yaralanıb. Bütövlükdə, aprel döyüşləri Ermənistan üçün dağıdıcı oldu”.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.