Ordumuzun zəfər sorağı dünyanın hər yerinə yayılıb

İlk növbədə xalqımızı, qalib Ordumuzu, bu qələbənin bayraqdarı olan Ali Baş Komandanımız cənab İlham Əliyevi, bütün dünya azərbaycanlılarını tarixə qızıl hərflərlə yazılacaq şanlı Qələbəmiz münasibətilə təbrik edirəm. Azərbaycanın bu tarixi qələbəsi bizə layiq olduğumuz təsəvvürə gəlməz qürür hissi bəxş etdi. Milli Məclisin deputatı XALQ.AZ-a açıqlamasında bildirb ki, 30 illik narahatçılığımıza son qoydu. İndi biz fəxrlə deyirik- əzəli torpağımız olan Qarabağ, onun tacı Şuşa bizimdir. Düşmənin fəqərə sümüyünü qıran Ordumuzun zəfər sorağı dünyanın hər yerinə yayılıb və bizi istəyənlərin təbrikləri saysız, sevincləri sonsuzdur. Fərəhli bir gün yaşayırıq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının müjdəçisi olan xoşbəxt bir gün. Bu gündən başlayaraq Azərbaycan əsgəri vuruşmaqla yox, sərhədlərimizi qorumaqla məşğul olacaq. Türkiyə və Rusiya sülhməramlılarının Ermənistanla sərhədlərimizdə yerləşdirilməsi də bizim xarici siyasət xəttimizin uğurlu addımıdır. Belə bir vəziyyət imkan verəcək ki, sərhədlərimiz daha etibarlı qorunsun, cünki bu sərhədləri əsgərləmizlə birgə dost ölkərin sülhməramlıları da qoruyacaq. Bu, Azərbaycanın beynəlxalq aləmdə bir daha önəminin miqyasını göstərir.

Bir daha bayramınız mübarək!