“Övladınızın ən yaxın sirdaşı olun!”-Video

“Övladınızın ən yaxın sirdaşı olun!”
Valideyn məsuliyyəti mövzusunda növbəti sosial video-çarx hazırlanıb

Uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun sağlam ailə mühitində, məhəbbət və anlaşma şəraitində böyüməsi çox vacibdir. Unutmamalıyıq ki, xoşbəxt ailədə xoşbəxt uşaqlar böyüyür və gələcəyimiz onları necə yetişdirməyimizdən asılıdır.

Deyilənləri nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının qorunması, ailə dəyərlərinin, uşaqlara sevgi, diqqət və qayğı dolu münasibətin təbliği məqsədi ilə mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirilir, sosial çarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.
Bu tədbirlərin davamı olan Dövlət Komitəsinin Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırladığı növbəti “Övladınızın ən yaxın sirdaşı olun!” adlı sosial video-çarxı diqqətinizə təqdim edirik.