Öz həqiqətlərimizi sübut etməliyik

Məlumdur ki, 21 iyul 2023-cü ildə şuşada keçirilən media forumda Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev forumda

iştirak edən jurnalistlərin çox saylı suallarını ətraflı şəkildə cavablandırmışdır.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqda sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib və nəhayət bu gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər öz kimliyini qoruya bilmişdir.

Üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.

Forum ərzində “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “Mediada investisiya və istehlak tendensiyaları”, “Təhlükəsizlik məsələləri” adlı sessiyalar keçirildi, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb.

Həmçinin Qlobal Forum çərçivəsində bəzi “side-event”lər (paralel tədbirlər), sərgi və təlimlər də keçirilib.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Forumun Şuşada keçirilməsinin əhəmiyyətidir. Cənab Prezidentin çıxışı, verdiyi mesajlar, birbaşa jurnalistlərlə ünsiyyətdə olması gündəmi zəbt edən məsələ idi. Çıxışdan sonra qonaqlar, iştirakçıların böyük əksəriyyəti Prezidentin verdiyi mesajların təsirində idi. Şuşa bizim mədəniyyət paytaxtımız idi və artıq 150-yə yaxın insanın hər biri Şuşanın Azərbaycan üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyinin fərqinə vardılar. Bundan əlavə, bu insanlar Füzulidən avtobusla Şuşaya gedərkən dağıdılmış, viran olmuş torpaqlarımızı, qəsəbələrimizi öz gözləri ilə gördülər. Bütün bunların hamısı əlbəttə ki, təsirsiz qalmadı. Prezident İlham Əliyevin çıxışı zamanı da qeyd edildi ki, bu Forum birinci Forumdur. Bu isə o deməkdir ki, bu Forum Azərbaycanda davamlı olaraq keçirilə biləcək qlobal bir tədbir ola bilər. Bu da əhəmiyyətli məqamlardan biridir.

Vəfa Heydərova — Nəsimi rayon təhsil işçisi