Pərvin Kərimzadə şagirdlərlə görüşüb

Prezident cənab İlham Əliyevin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər həyata keçirir.

XALQ.AZ xəbər verir ki, Təhsil Nazirliyinin və Bilik Fondunun birgə təşkilatçılığı ilə fondun lektorlar qrupunun üzvü, millət vəkili Pərvin Kərimzadə Gəncə şəhər Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbdə şagirdlərlə görüşüb. Millət vəkili fondun “İlboyu bilik” proqramı çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzusunda mühazirə oxuyub.“Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir” deyən Ümummilli Lider xalqın ruhunu, gələcək nəsillərin vətənsevərliyini nəzərə alıb belə bir qənaətin danılmaz olduğunu bildirib. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycan regionda lider dövlətə çevrilib. Elə bir regional layihə yoxdur ki, Azərbaycanın razılığı, imzası olmadan reallaşdırılsın. Artıq bütün dünya Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycanı tanıyır və qərarlarına hörmətlə yanaşır”- Pərvin Kərimzadə bildirib.

XX əsrin əvvəllərində ölkənin ictimai-siyasi vəziyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu haqqında  ətraflı məlumat alan yuxarı sinif şagirdləri mühazirəni maraqla qarşılayıblar.

 

 

Orxan


Comments are closed.