Pərviz Müşərrəfi ölüm cəzası gözləyir

Perviz

Dövlətə xəyanət etməkdə ittiham olunan Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf ikinci dəfə məhkəmə qarşısına çıxarılıb.

Xalq.az-ın məlumatına görə, günahsız olduğunu iddia edən Müşərrəfin məhkəməsi İslamabadda keçirilib.

Sabiq prezident məhkəmədə xain olmadığını və hakimiyyəti dövründə Pakistanda yüksək iqtisadi inkişafa nail olduğunu bildirib.

Dövlətə xəyanət hökmü onun 2007-ci ildə konstitusiyanı ləğv edərək, ölkədə fövqəladə vəziyyət elan etməsi ilə əlaqəlidir.

Pərviz Müşərrəf 1999-cu ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib. 2008-ci ildə istefa verərək ölkəni tərk edən sabiq prezident ötən ilin may ayında seçkilərdə iştirak etmək üçün Pakistana qayıdıb. Lakin seçki prosesinə qatıla bilməyib.

Qeyd edək ki, sabiq prezidentin günahı sübut olunsa, ona ölüm cəzası veriləcək.