Pətək Dinçöz Şamaxıda

 

34

Türkiyəli müğənni Pətək Dinçöz sosial şəbəkədə Azərbaycan səfərindən yazıb.

Axşam.az-ın məlumatına görə, ifaçı hər kəsi Qurban bayramını onunla keçirməyə dəvət edib:

“Qarşıdan gələn Qurban bayramı istirahətini keçirmək üçün inanılmaz fürsət. 5 oktyabrda Şamaxıda “Rixos Hotel”də görüşək. Əyləncəni, musiqi və tətili birlikdə edək”.

P.Dinçöz Nahid Emiloğlunun təşkilatçılığı ilə keçiriləcək gecədə möhtəşəm şou nümayiş etdirəcək. O, səhnəni Zarina Məmmədova ilə bölüşəcək.

“Əvvəlcə səhnədə müğənni Zarina Məmmədova çıxış edəcək. Pətək Dinçözün yeni albomu işıq üzü görüb. Həmin albomun ilk konserti Azərbaycanda olacaq. Çox əyləncəli bir gecə baş tutacaq. Dinçöz maraqlı rəqs şousu göstərəcək. Onunla birlikdə 28 nəfərdən ibarət yaradıcı kollektivi də Şamaxıya gələcək. Onlar arasında maqazin verilişlərinin nümayəndələri də yer alacaq”, deyə N.Emiloğlu bildirib.

Qeyd edək ki, gecənin informasiya dəstəyi Axşam.az saytıdır.

 

12