“Parabank” vergidən necə yayınır?

 

7

“Parabank” Mərkəzi Bankı, müştəriləri aldadaraq vergidən yayınır.

XALQ.AZ-a ərizə ilə müraciət edən vətəndaş “Parabank” tərəfindən aldadıldığını iddia edir. Onun banka borcu olduğu halda, Mərkəzi Bankın sistemində bu haqda heç bir məlumat göstərilməyib. Müraciəti qısa formada sizə təqdim edirik:

“Mən Əliyev Cavid İbrahim oğlu 2012-ci ilin sentyabr ayında “Parabank”-ın Masallı rayon filialından 14500 manat biznes krediti götürmüşəm. Hər ay banka 700 manat ödəniş edirəm. Banka olan borcum 2015-ci ilin fevral ayında bitəcək. Kredit götürdüyüm tarixdən indiyə kimi heç vaxt gecikmə olmayıb. Azərbaycanda fəaliyyət göstərən banklardan birində “Digər banklara borcu olanlara kredit verilir” adı altında kompaniya keçirilirdi. Mən də bu kompaniyadan bəhrələnmək fikri ilə həmin banka müraciət etdim. Bütün problemlər də bundan sonra başladı. Kampaniya keçirdən bank mənim haqqımda Mərkəzi Banka sorğu göndərdi. Məlum oldu ki, Mərkəzi Bankın sistemində “Parabank”-a olan borcum bağlanmış kimi görsənir. Və belə olduğu təqdirdə kampaniya keçirən bank mənə kredit verməkdən imtina etdi. Qarşılaşdığım vəziyyətlə bağlı “Parabank”-ın Masallı rayon filialına, Bakıda yerləşən baş ofisinə dəfələrlə müraciət etsəm də, mənə köməklik edən olmayıb. Xahiş edirəm ki, üzləşdiyim haqsızlığın aradan qaldırılmasında mənə kömək edəsiniz.”

Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, hər hansı bank öz müştərilərini gizli saxlayaraq, onlar haqda Mərkəzi Banka məlumat verməməyi yalnız vergidən yayınmaq məqsədi ilə edə bilərlər. Araşdırmalar zamanı o da məlum oldu ki, bu problemlə “Parabank”-dan kredit götürən digər müştərilərdə qarşılaşıb.

 

Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq…