“Park Qusar” istirahət mərkəzində kütləvi zəhərlənmə

Qusardakı istirahət mərkəzində 5 nəfər zəhərlənib.

 

XALQ.AZ xəbər verir ki, hadisə Caqar kəndində, “Park Qusar” istirahət mərkəzində qeydə alınıb.

 

1973-cü il təvəllüdlü Aynurə Fərzəliyeva, 2003-cü il təvəllüdlü Bəhram Xanıyev , 1986-cı il təvəllüdlü Fərid Əskərli, 1997-ci il təvəllüdlü Aygül Xanızadə  və 2002-ci il təvəllüdlü Qızbəs Fərzəliyeva zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

 

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

 

Faktla bağlı araşdırma aparılır.