Parlament deputatı cinsi təcavüz ittihamı ilə həbs olunub

Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan deputatı təcavüz ittihamı ilə həbs olunub.

XALQ.AZ xəbər verir ki, bu barədə “The Times” xəbər yayıb.

Şübhəlinin adı açıqlanmır, ancaq onun 50 yaşlarında biri olduğu vurğulanıb.

Polisin məlumatına görə, zərərçəkən tibbi yardım üçün müraciət edib.

Mühafizəkarlar Partiyasının rəhbərliyi istintaqla işləməyə hazır olduğunu, ancaq deputatı hələlik qurumdan xaric etməyi düşünmədiklərini bildirib.

Cinsi zorakılığa məruz qaldığını iddia edən qadın isə partiyanın bu qərarından narahat olduğunu bildirib.

“Bu təhqiramizdir”, – deyə, qadın vurğulayıb.